Bakı. 4 fevral. REPORT.AZ/ 2014-cü ildə xoşbəxt insanların sayı artıb. İl ərzində dünyada xoşbəxtlik indeksi 16 faiz bəndi (f.b) artaraq 64 faiz bəndi təşkil edib.
"Report"un məlumatına görə, bu barədə "Gallup International/WIN" Müstəqil Tədqiqat Agentlikləri Assosiasiyasının apardığı sorğunun nəticələri deməyə əsas verir.
Sorğuya əsasən, Azərbaycan xoşbəxt ölkələr sırasında 4-cü yerdə qərarlaşıb. Aparılan sorğuya görə, Azərbaycanda əhalinin 85 faizi özünü xoşbəxt hesab edir.
Dünyanın ən xoşbəxt ölkəsi isə Ficidir (91 f.b). İlk beşliyə Kolumbiya (86 f.b), Səudiyyə Ərəbistanı (86 f.b) və Hindistan (81 f.b) da daxil olub.
Qonşu Rusiya reytinq cədvəlində 16-cıdır. Autsayderlər sırasında isə Bolqarıstan (16 f.b), Yunanıstan (1 f.b) və İraqı (0 f.b) göstərmək olar.
Sorğu 65 ölkədə təqribən 75 min insan arasında aparılıb. Tədqiqatçılar qeyd edirlər ki, xoşbəxtlik indeksi adambaşına düşən gəlirin çox olduğu ölkələrdə yüksəkdir.