Rusiyalı nazir: "Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir"

Rusiyalı nazir: "Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir" Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir.
Biznes
9 Dekabr , 2019 14:23
Rusiyalı nazir: Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir
Report / Firi Salim

"Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir".

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin bildirib.

“Aramızda siyasət və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq artır. Bunlar strateji tərəfdaşlığa sübutdur. Hazırda 5 "yol xəritəsi"nin həyata keçirilməsi üçün işlər görülür. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın səfəri zamanı 6-cı "yol xəritəsi"nə dair razılıq əldə olunub və bu, çox mühümdür”, - rusiyalı nazir deyib.

O, Rusiya-Azərbaycan işgüzar şuralarının da yüksək səviyyədə olduğunu söyləyib: "2019-cu ilin 9 ayı ərzində ikitərəfli ticarət dövriyyəsi 25 faizdən çox artıb".

M.Oreşkin iki ölkə arasındakı sərhəddə keyfiyyətli və səmərəli infrastrukturun yaradılmasını iqtisadi əməkdaşlığın mühüm şərti olaraq səciyyələndirib: “Yaxın zamanda Samur çayı üzərində körpü tikintisi başa çatdırılmalıdır. Bu da ikitərəfli ticarətə və gediş-gəlişə töhfəsini verəcək. Bununla yanaşı, birgə müəssisələr də uğurla tikilir və bunlardan birinin bu gün açılması nəzərdə tutulan əczaçılıq fabrikidir”.

Son xəbərlər

Orphus sistemi