Qaxda bal emalı müəssisəsi açılıb

Qaxda bal emalı müəssisəsi açılıb Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən birgə reallaşdırılan “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində dekabrın 4-də Qax rayonunun Ləkit kəndində bal emalı müəssisəsi istifadəyə verilib.
Biznes
5 Dekabr , 2019 16:08
Qaxda bal emalı müəssisəsi açılıb

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən birgə reallaşdırılan “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində dekabrın 4-də Qax rayonunun Ləkit kəndində bal emalı müəssisəsi istifadəyə verilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar qurumun tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil edilmiş tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, USAİD-in nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə SEDA layihəsi çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verilib, belə layihələrin bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafına töhfə verdiyi qeyd edilib, Ləkit kəndində bal emalı müəssisəsinin satışa çıxarılacaq yerli balın qablaşdırılmasında və saxlanmasında, ümumilikdə, arıçılığın inkişafında əhəmiyyəti vurğulanıb.

İndiyədək SEDA layihəsi çərçivəsində Azərbaycanın regionlarında yol tikintisi, su təminatı, tibb məntəqəsinin, inkubatorların, eləcə də balın qablaşdırılması, yem emalı, şirniyyat, meyvəqurutma müəssisəsinin yaradılması üzrə 163 layihə reallaşdırılıb.

Son xəbərlər

Orphus sistemi