Özbəkistan Azərbaycana avtomobil ixracını bərpa edib

Özbəkistan Azərbaycana avtomobil ixracını bərpa edib GM Uzbekistan şirkəti Azərbaycana avtomobil satışını bərpa edib.
Biznes
30 May , 2019 10:36
Özbəkistan Azərbaycana avtomobil ixracını bərpa edib

"GM Uzbekistan" şirkəti Azərbaycana avtomobil satışını bərpa edib.

"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, birinci mərhələdə ölkəyə R3 və R4 modelləri gətiriləcək, ardından model diapazonu genişləndiriləcək. Bu barədə şirkətin Mətbuat xidməti məlumat verib.

Şirkət daha əvvəl Ukrayna, Qırğız Respublikası, Belarus, Əfqanıstan, Tacikistan və Qazaxıstana avtomobil ixrac edib.

"GM Uzbekistan"da 2019-cu il ixrac potensialının inkişafı ili elan edildiyindən şirkət bu istiqamətdə fəaliyyətini genişləndirmək üçün aktiv iş görür.

Qeyd edək ki, "Ravon" brendi 2017-ci ilin noyabr ayında Azərbaycanda avtomobilqayırmanın inkişafı üçün yaradılan "Azərmaş" ASC-nin strateji tərəfdaşlarından biridir. Gələcəkdə Azərbaycanda "Ravon" markalı avtomobillərin yığımın təşkil edilməsi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi