Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Milli standartların beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması: mövcud vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib.
Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirdə iqtisadiyyat nazirinin müavini
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədinin ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsi olduğunu qeyd edib. İnstitut tərəfindən “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” yeni qanun layihələrinin
Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu Türk Standartları İnstitutunun beynəlxalq standartlara uyğunlaşma prosesi və bu prosesin sənayenin inkişafına təsirləri, eləcə də sənaye müəssisələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili sahəsində əməkdaşlığa dair fikirlərini bölüşüb.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev çıxışında milli standart və prosedurların müasir beynəlxalq təcrübəyə uyğunluğunun artırılması istiqamətində görüləcək tədbirlərin əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edən “Asena Ko” MMC-nin direktoru Vahid Hümmətov kənd təsərrüfatı təyinatlı avadanlıqların istehsalı sahəsində tətbiq edilən milli və beynəlxalq standartlar haqqında məlumat verib, ixrac imkanlarının genişləndirilməsində beynəlxalq sertifikatların vacibliyini diqqətə çatdırıb.
“Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov təmsil etdiyi səhmdar cəmiyyət tərəfindən istehsal olunan “Xəzər” avtomobillərinin “Avro-5” standartlarına uyğun olduğunu, avtomobillərin beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verdiyini bildirib, standartlaşdırmanın əhəmiyyətini vurğulayıb.
Tədbirdə milli standartların beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması və bu sahədə dövlət-özəl əməkdaşlığının möhkəmləndirilməsinə dair təkliflər səsləndirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.