II Respublika İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb

II Respublika İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb Bakı. 18 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) keçirdiyi II Respublika İnnovasiya Müsabiqəsinə çoxsaylı marağı və universitetlərin müsabiqədə aktiv iştirakının təmin olunmasını nəzərə alaraq müsabiqəyə layihələrin qəbul müddəti sentyabrın 30-na qədər uzadılıb.
Biznes
18 Sentyabr , 2018 17:51
II Respublika İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu müddəti uzadılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) keçirdiyi II Respublika İnnovasiya Müsabiqəsinə çoxsaylı marağı və universitetlərin müsabiqədə aktiv iştirakının təmin olunmasını nəzərə alaraq müsabiqəyə layihələrin qəbul müddəti sentyabrın 30-na qədər uzadılıb.

"Report" xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, müsabiqə ilə bağlı digər bir yenilik İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə innovasiya müsabiqələrinin və startapların təşkilində geniş təcrübəyə malik olan Sosial İnnovasiya Laboratoriyası (SİL) ilə əməkdaşlığa başlanılmasıdır. Bu əməkdaşlıq çərçivəsində SİL-in dəstəyi ilə 9 modul üzrə 2 intensiv düşərgənin keçirilməsi və seçilmiş ideyalar üçün ilkin hazırlıq mərhələsinin təşkil olunması nəzərdə tutulur. Bundan başqa, müsabiqədə 1-ci yeri tutan layihə müəllifi dünyanın qabaqcıl investorları və ekspertlərinin iştirak edəcəyi “Istanbul Innovation Days 2018” Beynəlxalq Proqramında ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, II Respublika İnnovasiya Müsabiqəsi İqtisadiyyat Nazirliyi və BMT tərəfindən “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə elan edilib. Müsabiqə barədə məlumatlılığın artırılması üçün Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın “Yüksək texnologiyalar parkı” MMC-nin müəllim, tələbə və gənc tədqiqatçıları, ASAN könüllülər ilə maarifləndirmə tədbirləri keçirilib. İndiyədək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideya.az) platforması vasitəsilə müsabiqəyə 80-ə yaxın layihə təqdim olunub. Müsabiqənin qalibləri 1-ci yer üçün 5 000 manat, 2-ci yer üçün 3 000 manat və 3-cü yer üçün 2 000 manat mükafat alacaq.

Son xəbərlər

Orphus sistemi