“Honda” şirkəti ötən gün üzləşdiyi haker hücumundan sonra əməliyyatlarının “böyük əksəriyyəti”ni bərpa etdiyini bildirib.
“Report” xəbər verir ki, şirkətin müştəri xidmətləri və maliyyə əməliyyatları bölmələrinin fəaliyyətində texniki çətinliklər yaranıb.
Bununla bağlı şirkətin Böyük Britaniya, İtaliya, Türkiyə, Hindistan, Şimali Amerikada yerləşən müəssisələrinin fəaliyyəti dayandırılmışdı. Hazırda Ohayoda və Türkiyədəki avtomobil müəssisələrinin, Hindistanda və Braziliyadakı mühərrik müəssisələrinin fəaliyyəti hələlik tam bərpa edilməyib.
Qeyd edək ki, ötən gün şirkətin daxili kompüter şəbəkəsinə “Snake” qəsbkar proqramı vasitəsilə hücüm edilmişdi. Hücum nəticəsində şirkətin saytında onlayn ödəniş funksiyası sıradan çıxarılmışdı. Şirkətdən hakerlər tərəfindən istənilən vəsaitin məbləği, ödəyib-ödəmədikləri, məxfi məlumatların sızdırılıb-sızdırılmadığı açıqlanmayıb.