Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər Bakı. 18 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının IV kurs tələbələri bu gündən başlayaraq 14 həftə ərzində bir sıra müxtəlif dövlət qurumlarında istehsalat təcrübəsi keçəcəklər.
Biznes
18 Fevral , 2019 17:24
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər

Bakı. 18 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının IV kurs tələbələri bu gündən başlayaraq 14 həftə ərzində bir sıra müxtəlif dövlət qurumlarında istehsalat təcrübəsi keçəcəklər. 

"Report" bu barədə Komitəyə istinadən xəbər verir. 

Məlumata görə, Akademiyanın rəisi Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Qulu Novruzov “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” ölkə prezidentinin 14 fevral 2019-cu il tarixli sərəncamlarına toxunub, dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğını xüsusilə qeyd edib.

Ali təhsil müəssisələrində tədris prosesi ilə yanaşı, tələbələrin əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq etmələrinin vacibliyini bildirən Q.Novruzov tələbələrin təhsillə yanaşı, praktiki iş bacarıqlarına malik olmasının əhəmiyyətini qeyd edib. Akademiya rəisi buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələrin DGK, Konstitusiya Məhkəməsi, Dövlət Turizm Agentliyi, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatası, “Atasığorta” ASC, Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzi, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, AMEA-da təcrübə keçəcəklərini bildirərək onlara bu müddətdə uğurlar arzulayıb.

O, cari tədris ilində istehsalat təcrübəsinin yeni fərqli formatda təşkil olunduğunu nəzərə çatdırıb, tələbələrin təcrübə keçdikləri dövlət qurumlarının fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə etdiklərini də qeyd edib.

Daha sonra Akademiyanın təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov tələbələri təcrübə gündəliyinin doldurulması, təcrübənin sonunda hesabatın yazılması qaydaları ilə bağlı təlimatlarla tanış edib.  

Son xəbərlər

Orphus sistemi