“Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da saxta aksizlər mövcuddur. Bütün bunlara qarşı mübarizə aparılır”.
Bunu “Report”a eksklüziv açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov Nazirlik tərəfindən qurulan aksiz - nəzarət postlarının vergi yığımlarına müsbət təsiri olduğunu qeyd edib:
“
Nazir müavini Dünya Bankının tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergi dərəcəsinin daha da artırılması ilə bağlı təklifini də şərh edib: “Biz bazarda gedən proseslərin hamısını izləyirik. Tütün bir qədər bizdən az asılı olan məsələdir. Burada biz gömrüklə birgə işləməliyik".
Onun sözlərinə görə, mütəmadi olaraq gömrüklə birgə nəzarət tədbirlərini həyata keçiririk: "Gömrükdən şəxsi istifadə üçün keçirilən bəzi mallar sonradan bazarlarda satılır. Dünyanın hər yerində olduğu kimi, bizdə də saxta aksizlər mövcuddur. Bütün bunlara qarşı mübarizə aparılır”.
2019-cu ilin 1-ci rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb.