Bakı-Moskva aviareysi qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb

Bakı-Moskva aviareysi qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyanın “Utair” aviaşirkətinin bu gün saat 14:00-da həyata keçirməli olduğu Moskva-Bakı və saat 15:00-a planlaşdırdığı Bakı-Moskva aviareysləri Rusiya paytaxtındakı qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Biznes
31 Yanvar , 2018 13:39
Bakı-Moskva aviareysi qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyanın “Utair” aviaşirkətinin bu gün saat 14:00-da həyata keçirməli olduğu Moskva-Bakı və saat 15:00-a planlaşdırdığı Bakı-Moskva aviareysləri Rusiya paytaxtındakı qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb.

“Report” bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir. 

Qeyd edək ki, Moskva aeroportlarında 12 reys təxirə salınıb, 14 reys isə gecikir. O cümlədən Rusiya paytaxtının Şeremetyevo hava limanında 3 reys təxirə salınıb, 11 reys gecikmə ilə həyata keçiriləcək. Domodedovo hava limanında 8 reys təxirə salınıb. Vnukovo hava limanında isə 3 reys gecikir, 1 reys isə təxirə salınıb.

Xatırladaq ki, sinoptiklər güclü qar səbəbi ilə bu gün paytaxtda görmə məhdudiyyətinin olacağı barədə xəbərdarlıq etmişdilər. 

Son xəbərlər

Orphus sistemi