Azərbaycan və Türkiyə yeni zavod açacaq
Biznes
- 06 dekabr, 2018
- 05:59
Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün birgə yük vaqonları istehsal edəcək.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.
"Biz Azərbaycanda BTQ dəmir yolu üçün yük vaqonlarının istehsalı üzrə zavod yaradacağıq", - nazir "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla görüşdən sonra jurnalistlərə deyib.
"Layihə üzərində işlər, demək olar, yekunlaşıb. Vaqonların zavod yaradılan kimi istehsal olunmasına başlanılacaq", - nazir vurğulayıb.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.
Son xəbərlər
16:25
İranın Bəndər-Abbas şəhərində çoxmərtəbəli binada partlayış baş verib
Digər ölkələr16:24
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ekologiya16:20
Premyer Liqanın XVIII turunda "Kəpəz" "Şamaxı"ya məğlub olub
Futbol16:13
Mer: Kişineunun böyük hissəsi elektriksiz qalıb - YENİLƏNİB
Digər ölkələr16:13
İran Hörmüz boğazında hərbi təlimlər keçirir
Region16:03
Foto
"Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı" mövzusunda təlim keçirilib
Daxili siyasət15:53
Azərbaycan Basketbol Liqasının XV turunda daha bir oyun keçirilib
Komanda15:42
Azərbaycan banklarının xalis daxili aktivləri il ərzində 21 % artıb
Maliyyə15:27