Yuxarı

Azərbaycan şirkəti Səudiyyə Ərəbistan bazarına çıxmaq imkanlarını araşdırır

Azərbaycan şirkəti Səudiyyə Ərəbistan bazarına çıxır

“Azərbaycan şirkəti “Appolon Group” Səudiyyə Ərəbistan bazarına çıxmaq istəyir”.

Bunu “Report”a açıqlamasında “Appolon Group”un meneceri Şamil Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan bazarında uzun illərdir ki, fəaliyyət göstərirlər: “Elektrik sistemlərinin, generatorların və mühərriklərin təmiri, yəni elektrik sahəsində ixtisaslaşmış şirkətik, BP və SOCAR-la yanaşı digər şirkətlərlə çalışırıq. Səudiyyə Ərəbistan bazarında imkanlar axtarmaqda məqsədimiz Azərbaycan təcrübəsini sözügedən ölkəyə aparmaqdır”.

Ş.Məmmədov vurğulayıb ki, Səudiyyə Ərəbistanın bazarına çıxmaq üçün bu gün Bakıda keçirilən "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları" ilə bağlı tədbirdə iştirak edirik: “Səudiyyə Ərəbistanının neft şirkəti - "Aramco" ilə görüşümüz olacaq. Növbəti mərhələdə isə Səudiyyə Ərəbistanın İnkişaf Fondu ilə əlaqə saxlayacağıq”.

Xatırladaq ki, bu gün Bakıda "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları” ilə bağlı tədbir keçirilib. Tədbirdə vurğulanıb ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsinin dəyəri 10 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi