Azərbaycan Gürcüstandan avtomobil idxalını 3 dəfəyə yaxın artırıb
Biznes
- 22 yanvar, 2019
- 07:50
Tbilisi. 22 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan Gürcüstandan 13 047 ədəd avtomobil idxal edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Gürcüstandan Azərbaycana ixrac olunmuş avtomobillərin dəyəri 190 mln. 284,2 min dollar təşkil edib.
Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin sayı illik müqayisədə 2,8 dəfə, dəyəri isə 2,1 dəfə çoxdur.
Qeyd edək ki, 2017-ci ildə Gürcüstandan Azərbaycana 88 mln. 118,9 min dollar dəyərində 4 548 ədəd avtomobil ixrac olunub.
Son xəbərlər
17:30
Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB-2
Hadisə17:29
Patent müvəkkili statusu almaq istəyənlər üçün komissiya yaradılıb
Daxili siyasət17:24
Daşkənd və London əməkdaşlığın inkişafı üzrə birgə yol xəritəsi hazırlayacaq
Region17:13
Yəmən limanı yaxınlığında gəmi atəşə tutulub
Digər ölkələr17:12
Azərbaycan ötən il Qazaxıstandan buğda tədarükünü 5 dəfədən çox artırıb
Biznes17:09
Dövlət Agentliyinin sədri: "İxrac zamanı təkrar sınaq tələbi aradan qalxır"
Biznes17:09
Foto
Video
Şahbuzun Biçənək kənd yoluna qaya uçub
Hadisə17:06
"Qarabağ"ın futbolçusu: "Nyukasl"la matçda azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik"
Futbol17:05