Azərbaycan
S.Mehdiyev iki ölkə arasındakı əməkdaşlığın daha da yüksək inkişaf etdiyini qeyd edib: “Biz İranla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olmasından qürur duyuruq”.
“Report”un İran mediasına istinadən verdiyi xəbərə görə, DGK rəhbərliyi Astarada keçirilən “e-TIR” pilot layihəsinin açılış mərasimində iştirak edib. Bu layihə imkan verəcək ki, iki ölkə arasında bütün tranzit əməliyyatların elektron şəkildə aparılmasına imkan yaradacaq.
“e-TIR” layihəsi üzrə anlaşma bu ilin martında Bakıda İranın Gömrük Administrasiyasının rəhbəri Mehdi Mir-Əşrəfi və DGK sədri Səfər Mehdiyev arasında imzalanıb.
Razılaşmaya görə, iki İran və iki Azərbaycan tranzit şirkəti layihənin ilk fazasında əməkdaşlıq edir. Qeyd edək ki, İran eyniadlı layihəni bundan öncə Türkiyə ilə həyata keçirib və artıq layihənin ikinci fazası başlayıb. Rəsmi Tehran bəyan edib ki, tranzit daşımaları asanlaşdırmaq, bu sahədə fırıldaqçılığı aradan qaldırmaq və şəffaflığa nail olmaq üçün TIR konvensiyasına daxil olan 74 ölkənin hamısı ilə əməkdaşlıq etməkdə maraqlıdır.