“Adidas” afroamerikalılara dəstək proqramını açıqladı

“Adidas” afroamerikalılara dəstək proqramını açıqladı “Adidas” şirkəti “Black Lives Matter” beynəlxalq hərəkata dəstəyini bildirərək afroamerikalıları dəstəkləmək üçün bir sıra tədbirlər həyata keçirəcəklərini açıqlayıb.
Biznes
10 İyun , 2020 16:34
“Adidas” afroamerikalılara dəstək proqramını açıqladı

“Adidas” şirkəti “Black Lives Matter” beynəlxalq hərəkata dəstəyini bildirərək afroamerikalıları dəstəkləmək üçün bir sıra tədbirlər həyata keçirəcəklərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə ötən gün şirkətin rəhbəri Kasper Rorsted bildirib.

“Son iki həftənin hadisələrini nəzərə alaraq hamımız irqçiliyi dəstəkləyən mədəni və sistem qüvvələrinə qarşı nə edə biləcəyimiz barədə düşünməyə başladıq... Bütün əməkdaşlarımızın özlərini təhlükəsiz hiss edəcəkləri, bərabər imkanlara malik olacaqları, səslərini eşitdirəcəkləri bir mühit yaratmaq üçün daha çox səylər göstərməliyik”, - o deyib.

“Adidas” ilk olaraq qarşıdakı 4 il ərzində afroamerikalı icmalara dəstək proqramına 20 milyon ABŞ dolları yönəltməyi nəzərdə tutur. Proqram çərçivəsində diqqətdən kənardakı qruplar üçün basketbol platformundan ibarət “Adidas Legacy”, ayaqqabı dizaynı sahəsində peşəkarlaşmağa yardım edən “Adidas School for Experential Education”, afroamerikalı icmanı idman vasitəsilə dəstəkləmək və ləyaqətini ucaltmaq kimi qəbul edilən “Honoring Black Excellence” kimi üç təməl təşəbbüs irəli sürülür. Həmçinin afroamerikalı əməkdaşların universitetlərdə təhsil almaları üçün təqaüd ayırmaq, bütövlükdə şirkətdə afroamerikalıların və latinoların sayını artırmaq tədbirlərinə yer verilir.

“ABŞ-da “Adidas” və “Reebok” şirkətlərinin bölmələrində iş yerlərinin azı 30 faizi afroamerikalılara və latinolara veriləcək”, - açıqlamada vurğulanır.

Qeyd edək ki, son günlər “Adidas”ın yüzlərlə işçisi Şimali Amerika bölməsinin yerləşdiyi Portlandda nümayişlərə çıxaraq afroamerikalı işçilərə daha çox dəstək vermələrini tələb edirlər. Həmçinin onlar son vaxtlar irqçiliyə qarşı etiraz aksiyalarında da iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi