Yaponiya ilə Avropa İttifaqı azad ticarətə dair müqavilə imzalayacaqlar

Biznes
  • 09 iyul, 2018
  • 14:30
Yaponiya ilə Avropa İttifaqı azad ticarətə dair müqavilə imzalayacaqlar

Bakı. 9 iyul. REPORT.AZ/ Yaponiya ilə Avropa İttifaqı (Aİ) azad ticarətə dair müqavilə imzalayacaqlar.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, müqavilənin imzalanması iyulun 17-də Tokioda baş tutacaq.

Ekspertlər hesab edir ki, müqavilənin icrasından sonra Aİ məhsullarının Yaponiyaya idxalı 30% artacaq.

Xatırladaq ki, Aİ ilə Yaponiya uzun illərdir ki, azad ticarətə dair danışıqlar aparırlar. Danışıqların birinci mərhələsi 2013-cü ildə keçirilib. Tokio daha çox avtomobil (10%) və elektron məhsullar (14%) üçün yüksək rüsumun ləğv edilməsində maraqlıdır.

44 filmi