Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 27 %-dək artıb

Biznes
  • 01 aprel, 2023
  • 13:10
Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 27 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 43 şirkət yaradıblar ki, bu da, 2022-ci iin eyni dövrü ilə müqayisədə 26,5 % çoxdur.

“Report” bu barədə Türkiyə Odalar və Birjalar Birliyinə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, bu il yaradılan şirkətlərin 6-sı (illik müqayisədə 25 % az) səhmdar cəmiyyət, 37-si isə (42,3 % çox) məhdud məsuliyyətli cəmiyyət formasındadır.

Hesabat dövründə yaradılan şirkətlərin ümumi kapitalı 30,32 milyon türk lirəsi (1,582 milyon ABŞ dolları) olub ki, bu da, 2022-ci ilin eyni dövrünə nisbətən 69,6 % çoxdur. Bunun 89,6 %-i və ya 27,17 milyon türk lirəsi (1,418 milyon ABŞ dolları; 97,5 % çox) Azərbaycanın payına düşüb.

Təkcə bu ilin fevral ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 19 şirkət (2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyib) yaradıb. Şirkətlərin 4-ü səhmdar cəmiyyət (20 % az), 15-i MMC (il ərzində 7,1 % artıb) olub. Ümumi kapitalı 9,93 milyon türk lirəsi (518 min ABŞ dolları; 29,6 % azalıb) olan ortaq şirkətlərin 87,9 %-i və ya 8,73 milyon türk lirəsi (455 min ABŞ dolları; 13,5 % azalıb) dəyərində hissəsi Azərbaycana məxsus olub.