Türkiyə şirkəti rəsmisi: "Azərbaycanda müştəri təcrübəsinə yanaşma dəyişib"

Türkiyə şirkəti rəsmisi: "Azərbaycanda müştəri təcrübəsinə yanaşma dəyişib" Azərbaycan şirkətləri artıq müştəri təcrübəsini sadəcə satış prosesindən ibarət görmür, müştərilərlə emosional əlaqə qurmağa, öz təcrübələrini daha fərdiləşdirilmiş şəkildə təqdim etməyə üstünlük verirlər.
Biznes
9 aprel 2025 11:02
Türkiyə şirkəti rəsmisi: Azərbaycanda müştəri təcrübəsinə yanaşma dəyişib
Hande Zop Erol

Azərbaycan şirkətləri artıq müştəri təcrübəsini sadəcə satış prosesindən ibarət görmür, müştərilərlə emosional əlaqə qurmağa, öz təcrübələrini daha fərdiləşdirilmiş şəkildə təqdim etməyə üstünlük verirlər.

"Report" xəbər verir ki, bunu "Turkcell Global Bilgi" şirkətinin Biznesin İnkişafı və Müştəri İdarəetməsi üzrə baş direktor müavini Hande Zop Erol Bakıda keçirilən “E-Commerce Day of Azerbaijan 2025” tədbirində bildirib.

Qonaq qeyd edib ki, Azərbaycanın elektron ticarət sektoru son illər sürətlə inkişaf edir və yerli şirkətlər bu prosesdə rəqəmsal transformasiyanı sadəcə texnologiya deyil, mədəniyyət və insan resursları ilə birlikdə həyata keçirməyə çalışırlar:

“Azərbaycan şirkətləri artıq rəqəmsal transformasiyanı insan və mədəniyyət əsaslı yanaşma ilə tətbiq etməyə başlayıb. Bu da elektron ticarət sektorunun davamlı inkişafına zəmin yaradır. Bu gün bütün şirkətləri eyni məsələ maraqlandırır. Müştəri mənim vasitəmlə alış-veriş etməyə necə davam edə bilər? Bu suala cavab bizi düzgün müştəri təcrübəsini dizayn etməyə aparır. Biz tərəfdaş şirkətlərə həmişə deyirik: "Sizin vebsaytınız deyil, müştərinin sizinlə keçdiyi yol vacibdir". İlk təmas necə qurulub? Müştəri saytda nə axtarır, Harada çətinlik çəkir, dəstəyi nə qədər tez və effektiv alır, məhsulu aldıqdan sonra təkrar sizə müraciət edirmi? Bütün bu suallar üzərində aparılan müşahidə və analizlər əsasında müştərinin yol xəritəsini təkmilləşdirmək və yaxud yenidən dizayn etmək mümkündür”, – deyə o bildirib.

H.Z.E xüsusilə vurğulayıb ki, rəqəmsal transformasiya dedikdə yalnız texnologiyalar nəzərdə tutulmur: “Bizim üçün rəqəmsal transformasiyanın əsasında şirkət mədəniyyəti dayanır. Ən müasir texnologiyanı belə şirkətə gətirsəniz, əgər əməkdaşlar bu prosesi mənimsəmirsə və prosesə daxil deyilsə, uğur əldə etmək mümkün deyil”.

Son xəbərlər

Orphus sistemi