Türkiyə Azərbaycana yer fıstığı ixracını 50 dəfədən çox artırıb
- 06 may, 2022
- 07:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2022-ci ilin yanvar-fevral aylarında 1,56 milyon ABŞ dolları dəyərində 1 min 174 ton yer fıstığı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33,4 %, kəmiyyət olaraq – 34,2 % artıb.
Hesabat dövründə Özbəkistandan 1,1 milyon ABŞ dolları dəyərində 851,35 ton, Türkiyədən 222,68 min ABŞ dolları dəyərində 154 ton, Braziliyadan 123,14 min ABŞ dolları dəyərində 75 ton, Argentinadan 74,62 min ABŞ dolları dəyərində 50 ton, Hindistandan 45,34 min ABŞ dolları dəyərində 27 ton məhsul gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Özbəkistandan tədarük müvafiq olaraq 25,8 % və 26,8 % artıb, Türkiyədən – 28,3 dəfə və 51,33 dəfə artıb, Braziliyadan – 7 % artıb və 0 % olub, Argentinadan – 86,5 % və 2 dəfə artıb, Hindistandan – 57,6 % və 61,4 % azalıb.