Türkdilli dövlətlərin nazirliklərinin nümayəndələri Ağdamdadır

Türkdilli dövlətlərin nazirliklərinin nümayəndələri Ağdamdadır Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb.
Biznes
482
11 Sentyabr , 2021 15:15
Türkdilli dövlətlərin nazirliklərinin nümayəndələri Ağdamdadır

İlk xəbər saat 14:05-də verilib

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşünün iştirakçılarının işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb.

"Report" xəbər verir ki, qonaqları Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər iştirakçıları ilk olaraq Qarabağ xanlarının türbələrini və yaşayış evlərini (İmarət) ziyarət ediblər. Qonaqlara erməni vandallıqlarına məruz qoyulmuş türbələr və Natəvanın dağıdılmış məzarı göstərilib.

Daha sonra qonaqlar Ağdamdakı çörək muzeyinə səfər ediblər. Onlara muzey barədə ətraflı məlumat verilib.

Bundan sonra, nazirlik nümayəndələri Ağdam məscidinə gəliblər. Məscidlə tanışlıqdan sonra qonaqlara Ağdamda yaradılması nəzərdə tutulan Sənaye Parkı, eləcə də şəhərin Baş Planı barədə məlumat verilib.

E.Hüseynov şəhərdə görüləcək işlər barədə ətraflı danışıb, planlaşdırılan yol-nəqliyyat infrastrukturu, ağıllı və dayanıqlı sosial infrastuktur barədə səfər iştirakçılarını məlumatlandırıb. O, qeyd edib ki, Ağdam şəhərinin ümumi sahəsi 1 750 hektar olacaq, şəhərətrafı bağların sahəsi isə 2 450 hektar təşkil edəcək.

Prezidentin xüsusi nümayəndəsi qonaqları Ağdamda inşa ediləcək yeni məscid nümünələri ilə də tanış edib.

Nümayəndə heyətinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstan nümayəndələri daxildir.

Son xəbərlər

Orphus sistemi