“Toyota” qlobal avtomobil satışını rekord həddə artırıb
Biznes
- 29 aprel, 2021
- 05:17
Bu ilin mart ayında Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota” şirkəti qlobal miqyasda 982 912 ədəd avtomobil satıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 44,2% çoxdur və yeni artım rekordudur.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, avtomobil nəhənginin məhsullarına tələbatın kəskin artması ABŞ və Çindən qaynaqlanır.
Belə ki, ötən ay ABŞ-da idman yolsuzluq və hibrid avtomobillərə, Çində isə “Corolla Sedan” modelinə güclü tələb olub. Son nəricədə “Toyota”nın ölkəxarici satışları 57,8% artaraq 791 568 ədəd, ölkədaxili satışları isə 6,4% artaraq 191 344 ədəd təşkil edib.
Bu ilin yanvar-mart aylarında isə “Toyota”nın qlobal avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% çox olub.
Son xəbərlər
18:35
Video
ABŞ sanksiyalar altında olan "Veronica III" tankerini ələ keçirib
Digər ölkələr18:18
İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır
Xarici siyasət18:14
Azərbaycan Prezidenti: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir
Xarici siyasət18:12
Azərbaycan və Serbiya prezidentlərinin il ərzində qarşılıqlı səfərləri gözlənilir
Xarici siyasət18:08
Video
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB
Xarici siyasət18:06
İlham Əliyev: Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq
Xarici siyasət18:04
Azərbaycan Prezidenti: Aleksandar Vuçiç dövlətçilik maraqlarını hər şeydən üstün tutur
Xarici siyasət18:00
Vuçiç: Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir
Xarici siyasət17:59