Sumqayıt Kimya Sənaye Parkında alüminium təbəqəli vərəqə güzgü istehsal ediləcək

Sumqayıt Kimya Sənaye Parkında alüminium təbəqəli vərəqə güzgü istehsal ediləcək "Azermirror" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb.
Biznes
23 Fevral , 2024 11:26
Sumqayıt Kimya Sənaye Parkında alüminium təbəqəli vərəqə güzgü istehsal ediləcək

"Azermirror" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 40-a çatıb.

"Şirkət Parkda alüminium təbəqəli vərəqə güzgü istehsal edəcək. İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi