Sloveniyalı nazir: “Azərbaycana səfər regional inkişaf və Avropa ilə ticarətdə dönüş nöqtəsi ola bilər”

Sloveniyalı nazir: “Azərbaycana səfər regional inkişaf və Avropa ilə ticarətdə dönüş nöqtəsi ola bilər” Azərbaycan regionun ən dinamik inkişaf edən və qlobal investisiyalar cəlb edən nəzərəçarpan iqtisadiyyatlarından birinə çevrilib.
Biznes
17 aprel 2025 15:25
Sloveniyalı nazir: “Azərbaycana səfər regional inkişaf və Avropa ilə ticarətdə dönüş nöqtəsi ola bilər”
Tanya Fayon

Azərbaycan regionun ən dinamik inkişaf edən və qlobal investisiyalar cəlb edən nəzərəçarpan iqtisadiyyatlarından birinə çevrilib.

“Report” xəbər verir ki, bunu Sloveniyanın xarici və Avropa işləri naziri Tanya Fayon Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda bildirib.

"Beynəlxalq arenada əsas oyunçu olan Azərbaycan ticarət, sənaye və innovasiya mərkəzi kimi mövqeyini gücləndirməyə davam edir", - o qeyd edib.

Nazirin sözlərinə görə, Sloveniya Azərbaycanla müxtəlif sektorlarda iqtisadi əməkdaşlığı dərinləşdirmək, tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək və inkişaf üçün yeni imkanlar yaratmaq niyyətindədir.

T.Fayon qeyd edib ki, Sloveniya üçün əsas istiqamətlər əczaçılıq, kiçik və orta su elektrik stansiyalarının inkişafı, İKT infrastrukturu, elektrotexnika sənayesi, sağlamlıq turizmi və kənd təsərrüfatıdır.

"Belə çətin bir vaxtda biz qəti şəkildə təsdiq etməliyik ki, dialoq və konsensus bütün dünyada münaqişə və fikir ayrılıqlarından üstün olmalıdır. Mən məhz bu anda - Qafqazda sülh üçün ümid və tarixi fürsət anında Bakıda olmağımdan məmnunam. Bu, həm regional inkişaf, həm də Avropa ilə ticarət üçün dönüş nöqtəsi ola bilər", - o vurğulayıb.

Orphus sistemi