Sentyabrda Azərbaycanın qeyri-neft ixracı 75 % artıb

Biznes
  • 30 oktyabr, 2021
  • 09:59
Sentyabrda Azərbaycanın qeyri-neft ixracı 75 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracı 1,8 milyard ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 38,5 % çoxdur.

Təkcə bu ilin sentyabr ayında isə Azərbaycanın qeyri-neft ixracı 224,7 milyon ABŞ dolları olub ki, bu da, illik müqayisədə 75,1 % çoxdur.

Bu ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5 % artaraq 46,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 90 % artaraq 178,5 milyon ABŞ dolları təşkil edib.

44 filmi