Səfir: "Azərbaycan və BƏƏ əməkdaşlıq etmək üçün böyük potensiala malikdir"

Səfir: "Azərbaycan və BƏƏ əməkdaşlıq etmək üçün böyük potensiala malikdir" Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən "rəqəmsal iqtisadiyyat", qabaqcıl texnologiyalar və süni intellekt kimi inkişaf etməkdə olan sektorlarda əməkdaşlıq etmək üçün böyük potensiala malikdir.
Biznes
15 Dekabr , 2022 15:52
Səfir: Azərbaycan və BƏƏ əməkdaşlıq etmək üçün böyük potensiala malikdir

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən "rəqəmsal iqtisadiyyat", qabaqcıl texnologiyalar və süni intellekt kimi inkişaf etməkdə olan sektorlarda əməkdaşlıq etmək üçün böyük potensiala malikdir.

"Report" xəbər verir ki, bunu Bakıda "Dubayda daşınmaz əmlak inkişaf modeli" mövzusunda keçirilən tədbirdə BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi bildirib.

"İki ölkə əlaqələrini möhkəm təməllər üzərində qurub. Azərbaycan və BƏƏ liderlərinin güclü iradəsi sayəsində iş adamları və investorlar bu əlaqələrdən bəhrələnir. 2011-ci ildə Bakıda BƏƏ-nin səfirliyi açılıb. Bu, əlaqələrimizin daha da yaxşılaşması üçün yeni qapıların açılmasına xidmət etdi, biznes strukturları üçün qarşılıqlı səfərlərin, görüşlərin, müzakirələrin təşki edilməsi üçün yardım göstərdi. Bu gün Dubay Ticarət Palatasının Bakı ofisi, Azərbaycanın Dubayda Ticarət Nümayəndəliyi və BƏƏ-də Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Biznes yarmarkalarında və sərgilərdə yüksək səviyyədə qarşılıqlı iştirakımıa var, ikitərəfli ticarət artıb", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi