Sahibkarlar Konfederasiyasının baş katibinə daha bir müavin təyin edilib

Biznes
  • 24 iyul, 2023
  • 11:35
Sahibkarlar Konfederasiyasının baş katibinə daha bir müavin təyin edilib

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədovaya daha bir müavin təyin edilib.

"Report" xəbər verir ki, bu, Nərmin Qəniyevadır.

O, həm də Konfederasiyanın Sahibkarlarla iş şöbəsinin müdiridir. Yeni təyinatla baş katibin müavinlərinin sayı 4-ə çatıb.

Xatırladaq ki, N.Məmmədova ASK-nın rəhbərliyinə yeni gətirilib.

44 filmi