“Report”un əməkdaşı ATİB-in elan etdiyi yazı müsabiqəsinin qalibi olub

“Report”un əməkdaşı ATİB-in elan etdiyi yazı müsabiqəsinin qalibi olub “Report” İnformasiya Agentliyinin əməkdaşı Sədrəddin İsmayılov Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) “Hər sahədə qardaşlıq: Türkiyə-Azərbaycan iqtisadi əlaqələrin dünəni, bu günü və sabahı” mövzusunda elan etdiyi yazı müsabiqəsinin qalibi olub.
Biznes
11 Oktyabr , 2024 15:47
“Report”un əməkdaşı ATİB-in elan etdiyi yazı müsabiqəsinin qalibi olub

“Report” İnformasiya Agentliyinin əməkdaşı Sədrəddin İsmayılov Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) “Hər sahədə qardaşlıq: Türkiyə-Azərbaycan iqtisadi əlaqələrin dünəni, bu günü və sabahı” mövzusunda elan etdiyi yazı müsabiqəsinin qalibi olub.

“Report”un məlumatına görə, bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat müşaviri Cihangir Alptekinin iştirakı ilə iqtisadiyyat sahəsində fəaliyyət göstərən jurnalistlərin görüşü və ATİB-in 20 illiyi münasibətilə elan edilmiş publisistik yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr edilmiş tədbir keçirilib.

ATİB-in ofisində baş tutan tədbirdə Səfirliyin Mətbuat müşavirliyinin əməkdaşları, ATİB İdarə heyətinin sədr müavini Tahsin Gündem, İdarə Heyətinin üzvü Rafiq Qarayev, eləcə də türk və Azərbaycan mətbuatının nümayəndələri iştirak ediblər.

Medianın təkcə iki qardaş ölkə arasında deyil, ümumilikdə türk dünyası ölkələri arasında əlaqələrin inkişaf etdirilməsindəki rolunun əhəmiyyətini vurğulayan C.Alptekin səfirliyin, xüsusilə Mətbuat müşavirliyinin bu baxımdan mətbuat nümayəndələri ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Öz növbəsində ATİB-in yarandığı gündən ictimaiyyətə, dolayısı ilə mediaya açıq və şəffaf fəaliyyəti öz təməl prinsipi elan etdiyini qeyd edən R.Qarayev Birliyin hər zaman kütləvi informasiya vasitələri ilə əməkdaşlığa açıq olduğunu bildirib. Sözügedən müsabiqənin də bu əməkdaşlığın növbəti mərhələsinin başlanğıcı olacağına ümid etdiyini dilə gətirən natiq iştirakçılara diqqətlərinə görə təşəkkürünü bildirib, qalibləri təbrik edib.

Daha sonra müsabiqədə müvafiq olaraq I, II və III yerin qalibləri olmuş Sədrəddin İsmayılov, Nadir İsmayılov və Nərgiz Salmanovaya sertifikatlar təqdim edilib, xatirə fotoşəkilləri çəkilib.

Son xəbərlər

Orphus sistemi