"REDMI Note" seriyasının dünya üzrə tədarük həcmi 460 milyon ədədi keçib

Biznes
  • 13 yanvar, 2026
  • 10:31
REDMI Note seriyasının dünya üzrə tədarük həcmi 460 milyon ədədi keçib

2025-ci ilin 3-cü rübündə 14% bazar payı ilə dünyanın üçüncü ən böyük smartfon istehsalçısı olan "Xiaomi" ("Omdia") şirkəti qlobal texnologiya brendi kimi mövqeyini möhkəmləndirməyə davam edir. 2025-ci ilin sentyabr ayına olan məlumata görə, "Xiaomi"nin aylıq aktiv istifadəçilərinin sayı 740 milyon nəfəri keçib.

REDMI brendi şirkətin qlobal inkişafında əsas rol oynayıb. "REDMI Note" seriyasının ümumi qlobal tədarük sayı 100-dən çox ölkədə 460 milyon ədəd cihazı keçib. 2023-cü ildə REDMI smartfonlarının ümumi tədarük həcmi 1 milyard ədədi üstələyib.

"Xiaomi"nin yanvar ayında təqdim edəcəyi yeni "REDMI Note 15" seriyası etibarlılıq, performans və istifadəçi təcrübəsi baxımından məhsul xəttinin inkişafını davam etdirəcək. "REDMI Titan Durability" texnologiyası sayəsində seriyaya daxil olan cihazlar uzunmüddətli batareya ömrünü, zərbələrə qarşı gücləndirilmiş qorunmanı, həmçinin su və toza qarşı yüksək davamlılığı təmin edir.

"REDMI Note 15" seriyası orta qiymət seqmentində flaqman texnologiyaları təklif edir: silisium-karbon batareyaları, "Xiaomi IceLoop" soyutma sistemi, AI-funksiyaları və 199-499 ABŞ dolları arasında qiymət diapazonu. Seriyanın flaqman məhsulu olan REDMI Note 15 Pro+ 5G 200 MP-lik kamera, su və toza qarşı kompleks IP66/IP68/IP69/IP69K müdafiəsinə və "SGS 5-Stars Premium Performance" sertifikatına malikdir.

"REDMI Note" seriyasının davamlı inkişafı "Xiaomi"nin tədqiqat və istehsalat sahəsində uzunmüddətli strategiyasına əsaslanır: 2025-ci ilin ilk üç rübü ərzində şirkət bu sahəyə 23,5 milyard yuan (təxminən 3,3 milyard ABŞ dolları) investisiya edib, 2026-cı ildə isə bu göstəricini 40 milyard yuana (təxminən 5,7 milyard ABŞ dolları) çatdırmağı planlaşdırır. "Xiaomi"nin dünya üzrə 11 şəhərdə 730-dan çox laboratoriyası və yüksək texnoloji istehsal meydançaları fəaliyyət göstərir.

"REDMI Note" seriyası "Xiaomi"nin "Innovation for Everyone" fəlsəfəsini təcəssüm etdirir və qabaqcıl texnologiyaları geniş auditoriya üçün əlçatan edir.

Bu smartfonları 16 yanvar tarixindən etibarən "Kontakt", "İrşad", "Baku Electronics" və "Soliton" kimi rəsmi pərakəndə satış şəbəkələrindən əldə edə bilərsiniz. Məhsullar və xüsusi təkliflər haqqında məlumatlı olmaq üçün tərəfdaş mağazalarda və rəsmi onlayn platformalardakı yenilikləri izləyin.

Son xəbərlər

Bütün Xəbər Lenti