Ötən ilin sonunda Bakıda fərdi yaşayış və bağ evləri ucuzlaşıb

Biznes
  • 10 yanvar, 2022
  • 06:46
Ötən ilin sonunda Bakıda fərdi yaşayış və bağ evləri ucuzlaşıb

Ötən ilin dekabr ayında paytaxtda fərdi yaşayış və bağ evlərinin qiymətində noyabr ayı ilə müqayisədə 3,03 % azalma, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 2,25 % artım olub.

Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, fərdi yaşayış və bağ evləri bazarı üzrə bahalı evlərin (1 kv.metrin qiyməti 1 200 manatdan yuxarı) qiyməti 2,57 %, il ərzində 4,85 % azalıb. Orta qiymətə olan evlərin (1 kv.metrin qiyməti 800-1 200 manat civarında) qiyməti ay ərzində 3,75 % artıb, il ərzində dəyişməyib, ucuz evlərin isə (1 kv.metrin qiyməti 800 manatdan aşağı) qiymətində ay ərzində 17,32 %, il ərzində 24,77 % azalma olub.

"Fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında dekabr ayı ərzində qiymətlərdə 12,44 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12,29 % azalma qeydə alınıb. Bahalı evlərin (aylığı 1 000 manatdan baha) kirayə qiymətində ay ərzində 10,62 %, il ərzində 21,79 % artım, orta qiymətə olan evlərin (500-1 000 manat civarında) kirayə qiymətində ay ərzində 7,54 %, il ərzində 6,73 % azalma, ucuz evlərin (500 manatdan ucuz) kirayə qiymətində isə ay ərzində 3,02 %, il ərzində 0,69 % azalma olub", - N. İbrahimov bildirib.

44 filmi