Dövlət Gömrük Komitəsi ötən il büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirib

Dövlət Gömrük Komitəsi ötən il büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirib Ötən il Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsait köçürüb, bu isə illik proqnoza nisbətən 213 milyon 700 min manat və ya 3,3 % çoxdur.
Biznes
24 Yanvar , 2025 20:30
Dövlət Gömrük Komitəsi ötən il büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirib

2024-cü ildə Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 6 milyard 648,7 milyon manat vəsait köçürüb ki, bu da illik proqnoza nisbətən 213,7 milyon manat və yaxud 3,3 % çoxdur.

"Report" xəbər verir ki, bu barədə Komitənin ötənilki fəaliyyətinin yekunlarına həsr olunmuş Kollegiya iclasında məlumat verilib.

Həmçinin qeyd edilib ki, il ərzində 35 255 hüquqpozma faktı aşkarlanıb, bunlardan 1 278-i cinayət xarakterli, 33 977-i inzibati xəta faktları olub.

Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Son xəbərlər

Orphus sistemi