Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 49 % artıb

Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 49 % artıb 2023-cü ildə Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsində 2022-ci illə müqayisədə 49 % artım müşahidə edilib və 452 mln. ABŞ dolları təşkil edib.
Biznes
21 Fevral , 2024 19:46
Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 49 % artıb

2023-cü ildə Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsində 2022-ci illə müqayisədə 49 % artım müşahidə edilib və 452 milyon ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Yaponiyanın Milli Gününə həsr olunmuş rəsmi qəbulda deyib.

O bildirib ki, bu göstərici qarşıdakı illərdə mövcud potensiala cavab verəcək artımın olacağına ümid yaradır:

"Bu mənada "Azərbaycan və Yaponiya arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş" layihəsi ilə bağlı müzakirələrin sona çatdırılması sərmayə qoyuluşlarının artırılmasına mühüm töhfə verəcək".

Nazir müavini onu da əlavə edib ki, bu gün iki ölkə arasında qeyri-neft sektoru və xidmətlər sahəsində də əlaqələrin artırılması üçün imkanlar mövcuddur:

"Azərbaycanın sənaye zonalarında istehsal olunan məhsulların Yaponiya bazarına ixracının təşviqi, yapon şirkətlərinin bu sənaye zonalarında investisiya layihələrinə cəlb edilməsi ikitərəfli əlaqələrin artırılmasına töhfə verə bilər".

Son xəbərlər

Orphus sistemi