Orxan Məmmədov: "Qarabağda biznes qurmaq üçün 1 339 müraciət daxil olub”

Orxan Məmmədov: "Qarabağda biznes qurmaq üçün 1 339 müraciət daxil olub” Bu il yanvarın 1-nə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan 1 339 müraciət daxil olub.
Biznes
19 Yanvar , 2023 11:13
Orxan Məmmədov: Qarabağda biznes qurmaq üçün 1 339 müraciət daxil olub”
Orxan Məmmədov

Bu il yanvarın 1-nə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan 1 339 müraciət daxil olub.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müraciətlərin 873-ü yerli, 466-sı isə 37 xarici ölkənin investorlarına aiddir.

"Xarici investorların müraciətləri arasında Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan olan müraciətlər üstünlük təşkil edir. İnvestisiya layihələrinin isə 90%-i yerli, 10%-i isə xarici sahibkarlara məxsusdur. Onların 36 %-i ticarət və xidmət sahəsini, 27 %-i sənayeni, 26 %-i kənd təsərrüfatını və digər 11 %-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir", - deyə sədr qeyd edib.

"Ötən il Zəngilan rayonunun Ağalı kəndində KOBİA-nın kiçik və orta biznesə dair xidmətləri həyata keçirən xidmət pəncərəsi, Agentliyin dəstəyindən yararlanmaqla dövlət-özəl sektor tərəfdaşlığı əsasında tikiş fabriki, Ağalıda yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə KOBİA, TÜİB və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə bazar yaradılıb", - deyə O.Məmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi