Orta Asiya ölkələri Azərbaycandan yonca toxumu almağa başlayıb
- 02 sentyabr, 2022
- 13:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 300 min ABŞ dolları dəyərində 303,1 ton yonca (əkin üçün qarayonca və üçyarpaq yonca) toxumu ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,3 dəfə, kəmiyyət olaraq – 10,1 dəfə çoxdur.
Hesabat dövründə Özbəkistana 128 min ABŞ dolları dəyərində 154 ton, Qırğızıstana 116 min ABŞ dolları dəyərində 110 ton, Gürcüstana 32 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,8 % artıb) 17,1 ton (+6,2 %) və Qazaxıstana 24 min ABŞ dolları dəyərində 22 ton məhsul satılıb.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistan, Qırğızıstan və Qazaxıstana tədarük həyata keçirilib.