Azərbaycanda vətəndaşların problemlərinin həll olunmasına mane olan səbəblər açıqlanıb

Azərbaycanda vətəndaşların problemlərinin həll olunmasına mane olan səbəblər açıqlanıb Azərbaycanda bəzi dövlət qurumlarının elektron ünvanlarının işləməməsi və mütəmadi olaraq nəzarət edilməməsi bir çox vətəndaşın problemlərinin həll olunmasına mane olur.
Biznes
27 Fevral , 2023 11:37
Azərbaycanda vətəndaşların problemlərinin həll olunmasına mane olan səbəblər açıqlanıb
Hamlet Babayev

Azərbaycanda bəzi dövlət qurumlarının elektron ünvanlarının işləməməsi və mütəmadi olaraq nəzarət edilməməsi bir çox vətəndaşın problemlərinin həll olunmasına mane olur.

"Report" xəbər verir ki, bunu "MG Consulting" şirkətinin hüquqşünası Hamlet Babayev Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük (2022-ci ilin dekabr-2023-cü ilin fevral ayları üzrə) yekunlarına dair dəyirmi masada bildirib.

O qeyd edib ki, platformaya ümumilikdə 1 832 müraciət daxil olub: "Bu müraciətlərdən 866-sı öz həllini tapıb, 411-i həll olunmaq üzrədir, 555 müraciət isə hələ həllini tapmayıb.

Yol örtüyü ilə bağlı olan, qanunsuz parklanma və sahibsiz itlər ilə bağlı məsələlər çətin həllini tapır".

H. Babayev bildirib ki, platformaya bəzən aidiyyəti olmayan problemlərlə bağlı da müraciətlər edilir: "Bəzi hallarda dövlət qurumları bizə problemin həll edildiyini bildirsələr də, daha sonra vətəndaşın təkrar müraciəti foto/video faktlar əsasında məlum olur ki, əslində problem həll olunmayıb".

Son xəbərlər

Orphus sistemi