Nazir müavini: "Serbiyanın əczaçılıq şirkətləri Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərə bilər"

Nazir müavini: "Serbiyanın əczaçılıq şirkətləri Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərə bilər" Bunları nəzərə alaraq serb investorlarını Azərbaycanla əməkdaşlıqları nəzərdən keçirməyə dəvət edirik.
Biznes
25 İyul , 2024 12:58
Nazir müavini: Serbiyanın əczaçılıq şirkətləri Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərə bilər

Serbiyanın əczaçılıq şirkətləri Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərə bilər.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.

O qeyd edib ki, Ələt Azad İqtisadi Zonası ilə bağlı gözləntilər də böyükdür: "İqtisadi Zonanın yaxınlığında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Asiya və Avropa arasında artan yüklərin həcminin daha böyük hissəsini qəbul etməyi hədəfləyir. Bundan əlavə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxın yerləşən Bakı Gəmiqayırma Zavodunun strateji mövqeyi onu Xəzər hövzəsi daxilində yük və sərnişinlərin daşınmasını asanlaşdıran müasir gəmiqayırma və təmir mərkəzinə çevirir. Bunları nəzərə alaraq serb investorlarını Azərbaycanla əməkdaşlıqları nəzərdən keçirməyə dəvət edirik".

Son xəbərlər

Orphus sistemi