Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ümumilikdə 1 715 müraciət daxil olub ki, onların 88,4 %-ni ərizələr, 11,4 %-ini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib.
“Report” quruma istinadən xəbər verir ki, müraciətlərin 96,7 %-inin baxılması 2024-cü ilin 11 ayı ərzində başa çatdırılıb, 3,3 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,3 %-i həll olunub, 3,1 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
11 ayda Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər ümumilikdə 128 vətəndaşı qəbul edib. Qəbulda hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.