Müvəqqəti işlər vəkili: "Çin-Azərbaycan iqtisadi göstəriciləri rekord həddə çatıb"

Müvəqqəti işlər vəkili: "Çin-Azərbaycan iqtisadi göstəriciləri rekord həddə çatıb" Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və iki ölkənin iqtisadi göstəriciləri rekord səviyyəyə çatıb.
Biznes
8 İyul , 2024 10:37
Müvəqqəti işlər vəkili: Çin-Azərbaycan iqtisadi göstəriciləri rekord həddə çatıb

Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və iki ölkənin iqtisadi göstəriciləri rekord səviyyəyə çatıb.

"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Bakıda "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 43,5 % artaraq 3,1 milyard ABŞ dollarına çatıb: "Çinlə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Onlar arasında münasibətlər zamanın sınağından keçib. Hazırda iki ölkə arasında əlaqələr ən yüksək səviyyəyə çatıb".

Diplomat "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çinlə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi