Mikayıl Cabbarov: “Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib”

Mikayıl Cabbarov: “Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib” “Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”.
Biznes
115
10 Sentyabr , 2021 10:45
Mikayıl Cabbarov: “Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib”
Mikayıl Cabbarov

“Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib.

“Ortaq dəyərlərə malik türk dövlətləri koronavirus (COVID-19) pandemiyası dövründə də bir-birinə dəstək verib. Bu gün pandemiyanın iqtisadiyyatımıza təsirinin azaldılması istiqamətində müzakirələr aparırıq”, - o bildirib.

Bundan başqa, M.Cabbarovun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında türkdilli ölkələr və Macarıstanın ticarət dövriyyəsinin dəyəri 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi dövriyyənin 15%-i deməkdir”.

Son xəbərlər

Orphus sistemi