Mikayıl Cabbarov: “Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib”
Biznes
- 10 sentyabr, 2021
- 06:45
“Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib.
“Ortaq dəyərlərə malik türk dövlətləri koronavirus (COVID-19) pandemiyası dövründə də bir-birinə dəstək verib. Bu gün pandemiyanın iqtisadiyyatımıza təsirinin azaldılması istiqamətində müzakirələr aparırıq”, - o bildirib.
Bundan başqa, M.Cabbarovun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında türkdilli ölkələr və Macarıstanın ticarət dövriyyəsinin dəyəri 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi dövriyyənin 15%-i deməkdir”.
Son xəbərlər
22:01
Rubio: Razılaşma barədə qərarı Rusiya və Ukrayna qəbul etməlidir, ABŞ yox
Digər ölkələr21:55
KİV: Dubay aeroportunda 200-dən çox aviareys gecikib və ya ləğv edilib
Digər ölkələr21:55
Azərbaycan Basketbol Liqasının X turunda daha bir görüş baş tutub
Komanda21:42
KİV: Yeliseyin baş ofisiantı iki il ərzində iqamətgahdan qab-qacaq oğurlayıb
Digər ölkələr21:39
Quterreş husiləri saxlanılan BMT əməkdaşlarını dərhal azad etməyə çağırıb
Digər ölkələr21:31
Aİ Kanadanın SAFE müdafiə proqramında iştirakını dəstəkləyib
Digər ölkələr21:22
Ukrayna və ABŞ-nin bugünkü danışıqlarına yeni iştirakçılar cəlb edilib
Digər ölkələr21:19
Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçilib
Futbol21:19