Mikayıl Cabbarov: "Qarabağın bərpasında biznes ilə birgə fəaliyyət daha sıx olacaq"
Mikayıl Cabbarov: "Qarabağın bərpasında biznes ilə birgə fəaliyyət daha sıx olacaq"Qarabağı birlikdə bərpa etmək və bunu reallığa çevirmək üçün biznes ilə birgə fəaliyyət daha sıx olacaq.
Qarabağı birlikdə bərpa etmək və bunu reallığa çevirmək üçün biznes ilə birgə fəaliyyət daha sıx olacaq.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Sahibkarlarla Şuşada keçirdiyimiz tədbir səmərəli müzakirələr, məhsuldar görüşlər və xoş təəssüratlarla yadda qaldı. Biznes nümayəndələri ilə birlikdə atılacaq addımları müəyyənləşdirdik, qarşılıqlı gözləntilərimizi və sual yaradan məqamları nəzərdən keçirdik. Vahid amalımız Qarabağı birlikdə bərpa etməkdir və bunu reallığa çevirmək üçün birgə fəaliyyətimiz daha sıx olacaq. Bütün tədbir iştirakçılarına təşəkkür edirik", - nazir qeyd edib.
Sahibkarlarla #Şuşa-da keçirdiyimiz tədbir səmərəli müzakirələr, məhsuldar görüşlər və xoş təəssüratlarla yadda qaldı. #Biznes nümayəndələri ilə birlikdə atılacaq addımları müəyyənləşdirdik, qarşılıqlı gözləntilərimizi və sual yaradan məqamları nəzərdən keçirdik. Vahid amalımız… pic.twitter.com/kRHU4zGqls