Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib

Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib.
Biznes
28 İyun , 2024 15:13
Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib.

"Report" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Sahibkarlarımızı Qarabağın bərpasında və dirçəldilməsində fəal iştiraka görə "Tərəqqi" medalı ilə təltif edilmələri münasibətilə təbrik edirik. Onlar öz mənafeyini düşünmədən, Qarabağın gələcəyinə inanaraq işğaldan azad edilmiş torpaqlarımızda ilk biznes quranlardan oldular və nümunə yaratdılar. Hər birinizə bunun üçün təşəkkürümüzü bildirir və işlərində uğurlar diləyirik", - M. Cabbarov qeyd edib

Son xəbərlər

Orphus sistemi