Metrologiya və standartlaşdırma üzrə institutlara mediatur təşkil edilib 

Metrologiya və standartlaşdırma üzrə institutlara mediatur təşkil edilib  Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in laboratoriyalarına media-tur təşkil olunub.
Biznes
15 Dekabr , 2021 15:32
Metrologiya və standartlaşdırma üzrə institutlara mediatur təşkil edilib 

Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in laboratoriyalarına media-tur təşkil olunub.

"Report" xəbər verir ki, KİV nümayəndələri laboratoriyalar haqqında ətraflı məlumat alıblar və onların iş prinsipi ilə tanış olublar.

Öncə media işçiləri Metrologiya İnstitutununda olublar və İnstitutun Kalibrləmə laboratoriyası ilə tanış olublar. Məlumat verilib ki, İnstitutun əsas fəaliyyət istiqamətləri dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (hasil edilməsi), saxlanılması və dövlət kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının həyata keçirilməsinin təmin edilməsidir. Qeyd olunub ki, AzMİ 40 dan çox dövlət kəmiyyət vahidi etalonlarının saxlayıcısıdır. Bu etalonlar Temperatur, Kütlə, Elektrik, Vaxt və tezlik, Təzyiq, İonlaşdırıcı şüalanma, Sıxlıq və Özlülük kəmiyyətləri dövlət etalonları laboratoriyalarında tətbiq olunurlar.

Əlavə olaraq bildirilib ki, AzMİ tərəfindən ümumilikdə cari il ərzində 3217 təsərrüfat subyektinə xidmət göstərilib. 1 652 000-dən çox ölçmə vasitələri və sınaq avadanlıqları yoxlanılıb, 528 ədəd dövlət kəmiyyət və kəmiyyət vahidləri etalonları kalibrlənib, daxil olan müraciətlər əsasında 223 ədəd ölçmə vasitələrinin tipi təsdiq olunaraq dövlət reyestrində qeydiyyata alınıb, 43 nəfər ixtisasartırma kurslarını bitirərək müvafiq sertifikatlarla təmin olunublar.

Qeyd olunub ki, AzMİ Ölçülər və Çəkilər üzrə Baş Konfrasına (CİPM) assosativ üzv və Beynəlxalq Qanunverici Metrologiya Təşkilatına (OIML) müxbir üzv qismində qoşularaq Azərbaycanı beynəlxalq qurumlarda da təmsil edir. Hazırda Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (KOOMET) həqiqi üzvüdür. Bu əməkdaşlığın nəticəsi olaraq AzMİ-yə İSO/IEC 17025 beynəlxalq standartın tələblərinə uyğuluğunu təsdiq edən QSF-R53 nömrəli “Tanınma haqqında şəhadətnamə” verilib.

Daha sonra KİV nümayəndələri Sumqayıtda yerləşən "Azərbaycan Standartlaşdırma İnstitutu "publik hüquqi şəxsin nəzdində olan Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında olublar. Məlumat verilib ki, laboratoriya 2012-ci ildən fəaliyyət göstərir. Burada 5 laboratoriya otağı – kimyəvi xassələrin təhlili, fiziki xassələrin təhlili, xromatoqrafiya, fraksiya təhlili, distillə, eləcə də nümunələrin qəbul olunması, kimyəvi maddələrin saxlanması və kimyəvi qabların yuyulması üçün otaqlar mövcuddur.

Qeyd olunub ki, laboratoriya ən yeni texnologiya ilə istehsal edilən və breynəlxalq standartlara cavab verən 40-dan çox avadanlıq və ölçmə vasitələri ilə təchiz olunub. Sınaq laboratoriyasında normativ sənədlərə əsaslanaraq neft-qaz və neft-kimya məhsullarının (xam neft, təbii qaz, dizel yanacağı, kerosin yanacağı, benzin yanacağı, mühərrik yağları, sürtkü yağları, antifrizlər, lay suları, tullantı suları, yod, boya, emulsiyalar, yağ əsaslı laklar, tinerlər, yuyucu və ağardıcı casitələr, sabunlar, şampunlar, dezinfeksiyaedici vasitələr, naftalan yağları) fiziki-kimyəvi parametrləri analiz olunur.

Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında media nümayəndələri qarşısında 16 sınaq keçirilib. Bunlar, benzin yanacaqlarında oktan ədədinin təyini, dizel yanacağında setan ədədinin təyini, benzin və dizel yanacaqlarında sıxlığın təyini, dizel yanacağında donma temperaturunun təyini, dizel yanacağında alışma temperaturunun təyini, yuyucu vasitələrdə aktiv maddələrin təyini və s.

Daha sonra KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi