MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək Milli Depozit Mərkəzi (MDM) ölkədə fəaliyyət göstərən investisiya şirkətləri ilə çirkli pulların yuyulmasının qarşısını alınması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılıq əldə edib.
Biznes
20 Sentyabr , 2024 15:53
MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

Milli Depozit Mərkəzi (MDM) ölkədə fəaliyyət göstərən investisiya şirkətləri ilə çirkli pulların yuyulmasının qarşısını alınması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılıq əldə edib.

"Report" bu barədə MDM-ə istinadən xəbər verir.

Məlumata görə qurumun İdarə Heyətinin (İH) üzvləri ilə ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin nümayəndələrinin növbəti görüşü keçirilib.

Görüşdə İH-nin sədri Ağahüseyn Xudaverdiyev MDM-in ölkənin qiymətli kağızlar bazarındakı risklərin idarə olunması, çirkli pulların yuyulması, qanunsuz maliyyə vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə vacib rol oynadığını bildirib. O, bu sahədə beynəlxalq standartların tətbiqi, risklərin daha effektiv idarə olunması və maliyyə sisteminin etibarlılığının qorunması üçün əməkdaşlığın əhəmiyyətini qeyd edib. A.Xudaverdiyev bildirib ki, MDM bu istiqamətdə potensial problemlərin həlli istiqamətində yeni təşəbbüslər irəli sürür, beynəlxalq təcrübədən yararlanaraq bazarın inkişafı üçün zəruri addımlar atmağı planlaşdırır.

Görüşdə risklərin idarə olunması ilə bağlı mövcud mexanizmlər və onların təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, müasir texnoloji inkişafın qiymətli kağızlar bazarına təsiri də müzakirə edilib.

Görüş zamanı MDM və investisiya şirkətləri arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, bazarın rəqabət qabiliyyətinin və dayanıqlığının artırılması, risklərin aradan qaldırılması, eləcə də çirkli pulların yuyulmasının qarşısını alınması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi