İspaniyadan Azərbaycana zəfəran idxalı bərpa edilib

Biznes
  • 11 mart, 2023
  • 08:46
İspaniyadan Azərbaycana zəfəran idxalı bərpa edilib

2022-ci ildə Azərbaycana xaricdən 58 min ABŞ dolları dəyərində 0,08 ton zəfəran gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 14 % çoxdur, kəmiyyət olaraq – 11,1 % azdır.

İrandan 55,91 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 0,05 ton (dəyişməyib), İspaniyadan 0,7 min ABŞ dolları dəyərində 0,01 ton, Türkiyədən 0,57 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 0,01 ton (dəyişməyib) və Gürcüstandan 0,46 min ABŞ dolları dəyərində (+18 %) 0,02 ton (+2 dəfə) məhsul alınıb.

Üç il 2 aylıq aradan sonra İspaniyadan tədarük bərpa edilib.

44 filmi