İCHS Azərbaycana halal bazarın inkişaf etdirilməsinə dəstək göstərəcək

Biznes
  • 18 iyul, 2023
  • 11:48
İCHS Azərbaycana halal bazarın inkişaf etdirilməsinə dəstək göstərəcək

İslam Palatasının Halal Xidməti (İCHS) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında imzalanmış memorandumun əsas məqsədi Azərbaycanda halal bazarın inkişaf etdirmək və onun məhsullarının xaricə ixracını təşviq etməkdir.

Bunu "Report"a açıqlamasında ICHS-in baş direktoru Aşraf El-Tanbuli (Ahraf ElTanbouly) deyib.

Onun sözlərinə görə, halal məhsulların ixracı yeni iş yerlərinin yaradılmasına, ÜDM-in artımına imkan yarada bilər: "Bu, ölkələr arasında ticari razılaşmaların artımına təkan verə bilər. Bunun çoxşaxəli aspektləri var. Birincisi, Azərbaycanda halal sistemlə bağlı ekosistem formalaşmalıdır, halal xidmətlərlə bağlı standartların yaradılmasına, akkreditasiya ilə bağlı məsələlərin həllinə ehtiyac var. Azərbaycanın halal standartlarla bağlı ticari müqavilələrə ehtiyac var.

İkinci aspekt, özəl sektorun halal bazara təşviqini həyata keçirməkdir. Özəl sektorun halal məhsullar istehsal edə bilməsinə hazırlamaq, sertifikatları təlimlər vasitəsilə əldə etməsinə dəstək göstərməkdir.

Üçüncüsü apsekt isə əsas bazarla bağlı işlərin həyata keçirilməsini nəzərdə tutur, bu işləri isə sərgilər, ticarət missiyaları, təqdimatda təqdim olunan platforma və dünən imzalanmış memorandum vasitəsilə həyata keçiriləcək. Bu, ölkəyə məsləhət xidmətlərinin təqdim edilməsinə, sertifikatlaşmaya və bazara çıxışa dəstək göstərməkdir".

A. El-Tanbuli əlavə edib ki, alətlər mexanizmlərinin yaradılması ASK ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək: "Biz texniki dəstək göstərəcəyik, bütün təşkilatçılığı, özəl sektorla və hökumətlə əlaqənin yaradılmasını ASK həyata keçirəcək".

Xatırladaq ki, memorandum Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində imzalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti