Gürcüstanın Azərbaycandan tekstil idxalına çəkdiyi xərci 13 % artıb

Biznes
  • 20 avqust, 2024
  • 09:50
Gürcüstanın Azərbaycandan tekstil idxalına çəkdiyi xərci 13 % artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 1,94 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 355 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 12 % çoxdur.

Ötən ay Gürcüstana Türkiyədən 165 milyon ABŞ dolları dəyərində, Çindən 58 milyon ABŞ dolları dəyərində, İspaniyadan 29 milyon ABŞ dolları dəyərində, İtaliyadan 23 milyon ABŞ dolları dəyərində, Almaniyadan 7,7 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 596 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları idxal edib ki, bunun da 3,73 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi