Gürcüstanın Azərbaycanla 5 aylıq ticarət dövriyyəsinin dəyəri açıqlanıb
- 21 iyun, 2024
- 05:38
Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 499,979 milyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 % azdır.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,9 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 24,6 % azalaraq 253,618 milyon ABŞ dolları (ümumi ixracın 11,2 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11,9 % azalaraq 246,361 milyon ABŞ dolları (ümumi idxalın 4 %-i) olub.
Yanvar-may aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 2,2 % azalaraq 8 milyard 432,024 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 9,2 % azalaraq 2 milyard 274,011 milyon ABŞ dolları, idxalın dəyəri isə 0,7 % artaraq 6 milyard 158,013 milyon ABŞ dolları olub.