“Göygöl Şərab Zavodu”nun zərəri 78 % artıb

Biznes
  • 24 iyun, 2024
  • 07:04
“Göygöl Şərab Zavodu”nun zərəri 78 % artıb

“Göygöl Şərab Zavodu” ASC 2023-cü ili 1,406 milyon manat zərərlə başa vurub.

“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 78,2 % çoxdur.

Bu il yanvarın 1-nə “Göygöl Şərab Zavodu”nun aktivləri 66,285 milyon manat olub ki, bu da illik müqayisədə 1,3 % çoxdur.

Hesabat dövründə şirkətin öhdəlikləri 23,2% artaraq 24,587 milyon manata çatıb, balans kapitalı isə 8,3 % azalaraq 41,699 milyon manata düşüb.

Xatırladaq ki, “Göygöl Şərab Zavodu” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,462 milyon manatdır.

44 filmi