Türk Dövlətləri Təşkilatına üzv ölkələrin son illər bir-birinə illik ixracınn dəyəri orta hesabla 3 milyard ABŞ dollarından çox olub.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Bakıda keçirilən Türk Dövlətlərinin II Aqrobiznes Forumunda bildirib.
"BMT-nin ticarət mərkəzinin tətqiqat metodologiyası əsasında aparılan hesablamalar göstərir ki, mövcud ixracın 70-75 % artırılması üçün potensial mövcuddur", - deyə o qeyd edib.