Fərrux Raza: “MDB məkanında halal ekosistemin yaradılması üçün böyük potensial var”

Fərrux Raza: “MDB məkanında halal ekosistemin yaradılması üçün böyük potensial var” Halal ekosistemin dəyər yaradan bir sistem olduğunu deyən F. Raza burada mövcud olan bir sıra biznes və əməliyyatlar ədalətli, şəffaf, məsuliyyətli, bərabər, dayanıqlı, rəqabət qabiliyyətli və etik olmasının vacibliyini vurğulayıb
Biznes
9 Oktyabr , 2024 15:02
Fərrux Raza: “MDB məkanında halal ekosistemin yaradılması üçün böyük potensial var”
Fərrux Raza

MDB məkanında halal ekosistemin yaradılması üçün böyük potensial var.

“Report” xəbər verir ki, bunu Birləşmiş Krallığın İslam maliyyəsi üzrə Məsləhət və Təminat Xidmətlərinin Baş icraçı direktoru Fərrux Raza Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

O bildirib ki, halal ekosistemin funksional olması üçün bir sıra şərtlərin təmin olunması vacibdir: "İlkin olaraq baxışın, siyasi iradənin olması və maraqlı tərəflərin uyğun şəkildə işləməsi təmin olunmalıdır. Sonrakı mərhələ yol xəritəsinin formalaşdırılmasıdır. Çünki mütləq şəkildə tənzimləmə, nəzarət, stimullar olmalıdır. Eyni zamanda ictimaiyyət arasında etimad artırılmalıdır. Bunun üçün isə akkreditasiya və sertifikatlaşdırma fəaliyyəti aktivləşdirilməlidir”.

O qeyd edib ki, insan kapitalının inkişaf etdirilməsi də az əhəmiyyətli deyil: “Çünki biliklərin, bacarıqların, səriştələrin artırılması mühüm əhəmiyyət kəsb edir. Geniş çeşidli infrastruktur, o cümlədən texnologiya, logistika, bazara çıxış, halal məhsulların brendinqi, sertifikatlaşdırma olmalıdır. MDB məkanında halal ekosistemin aparıcı qüvvəsi təklifin çox geniş olmasıdır. Bura siyasi sabitlik, iqtisadi artım, müsəlman dünyası ilə tarixi və dini bağların güclü olması, demoqrafiya, yəni əhalinin əksəriyyətinin müsəlman olması daxildir. Bu bölgənin coğrafi mövqeyi, təbii ehtiyatları, məhsullardan torpaqlar halal ekosistemin inkişafı üçün münbit şərait yaradır. Eyni zamanda regionda ağlabat texnoloji tərəqqi və islam maliyyəsi formalaşıb".

Halal ekosistemin dəyər yaradan bir sistem olduğunu deyən F. Raza burada mövcud olan bir sıra biznes və əməliyyatlar ədalətli, şəffaf, məsuliyyətli, bərabər, dayanıqlı, rəqabət qabiliyyətli və etik olmasının vacibliyini vurğulayıb: "Bu xüsusiyyətlərin hər biri halal ekosistemdə mütləq məhfumlardır. Halal ekosistemdə qidalar, xidmətlər həmçinin maliyyə və insan resursları var. Həmçinin yuxarıdan aşağı olan bir proses mövcuddur. Bura turizm, kommersiya və sair biznes fəaliyyətlər daxildir. Məhz bu aspektlərin inkişafı üçün böyük potensial var. Bu baxımdan milli və regional strategiyalar həmin yanaşmanı nəzər almalıdır".

Son xəbərlər

Orphus sistemi